Haqqımızda

İnşaat, müəyyən bir yerdəki bir quruluş üçün bir dizayn yaratmağı əhatə edən hər hansı bir layihəyə aiddir.

01 --- Haqqımızda

Şirkət haqqında məlumat

service

Biz, “İSP SAPFİR AZE” MMC (1006086741) fəaliyyətə başladığı 2019-ci ildən bəri, öz biznesini Azərbaycanda düşünülmüş idarəetmə və investisiya qərarları əsasında qurur.  Kifayət qədər təcrübə, lazımi istehsal potensialı və peşəkar heyət işçiləri tam çeşidli tikinti xidmətləri göstərməyə imkan verir. 

Şirkət aşağıda adları çəkilən fəaliyyət sahələri üzrə uğur qazanmışdır:

1.     İnşaat və mühəndislik işləri (bina və qurğuların tikinti-quraşdırma işləri)

2.     Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri

3.     Metal-konstruksiya işlərinin görülməsi və dizaynı

4.     Ağac emalı və mebel istehsalı

5.     Ticarət (idxal – ixrac)

Yuxarıda adları çəkilən fəaliyyət sahələrini və xidmətləri şirkət özü sərbəst və ya ortağı olduğu fiziki və hüquqi şəxslərlə (Azərbaycan daxili və xaricində) birgə əməkdaşlıq fəaliyyəti göstərir.

Müəsisənin fəaliyyət növlərinin həyata keçirilməsində istifadə olunacaq avadanlıqlara, maddi-texniki bazaya, müvafiq ixtisasa malik mütəxəssis və işçi qüvvəsinə malikdir.

Yüksək keyfiyyətli inşaat və tikinti işləri ilə məşğul olan, nüfuzlu layihələri böyük uğurla yekunlaşdıran “İSP SAPFİR AZE” qısa müddət ərzində böyük bir inkişafa nail olmuşdur. Bu bir il ərzində bir çox tikinti  layihələrində və tenderlərdə iştirak etmişik :

1.      İsmayıllı ray, “Basqal Ailə Sağlamlıq və İstirahət Kompleksi” layihəsi

2.     “Azəralüminium”MMC-nin elan etdiyi 013761-R2 (LOT 28326) nömrəli tenerin qalibi

3.     Bakı şəh, Xətayi ray, Əhmədli qəs, Vunqtau küç, “ASAN XİDMƏT” layihəsində daxili təmir işləri

4.     Bakı şəh, Xətayi ray, Əhmədli qəs, Vunqtau küç, “ASAN XİDMƏT” layihəsində asma tavan və işıqlandırma sistemləri

5.     Bakı Baş Gömrük İdarəsinin sendvic və metal-konstruksiya işləri

6.     Bakı şəh, Xətayi ray, Əhmədli qəs, Vunqtau küç, “ASAN XİDMƏT” layihəsində lift qəfəsinin metal-konstruksiya işləri

7.     Sumqayıt şəhərində “ASAN XİDMƏT” layihəsində skylight-da metal-konstruksiya işləri

8.     Bakı şəhəri, Xətayi rayonu, Keşlə qəsəbəsində tikiləcək “AĞ ŞƏHƏR” layihəsi daxilində tikiləşəcək alış-veriş mərkəzi

Layihələrin əksəriyyəti hal-hazırda davam etmə  prosesindədir. Layihələr layihələşdirmə mərhələsindən başlamış, son təhvil verilmə prosesinə kimi davam edir və bu kimi digər işlərin catdırılması, quraşdırılması, şəxsi və hüquqi tikinti layihələrinin idarəsi və icrası ilə məşğuldur.  İşlərimiz tam müqavilə əsasında görülür, qısa zamanda təhvil verilir, görüləcək işlərin və materialların keyfiyyətinə şirkətimiz şəxsən məsuliyyət daşıyır.

02 --- Komandamız

Mütəxəssislərimiz

04 --- Xəbərlər

Bloq Xəbərləri